Play Store

​Şəkinin bu kəndi qaza niyə həsrətdir? - RƏSMİ AÇIQLAMA!

Şəkinin Baqqal kəndində illərdir qaz yoxdur.

Kənd sakinləri Metbuat.az-a müraciətlərində bildirirlər ki, bu məsələ illərdir ki, problem olaraq qalır. Kənddə nəinki qaz, heç qaz xəttlərinin özü quraşdırılmayıb.

Problemlə bağlı Metbuat.az-a açıqlama verən Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, Baqqal kəndinin qazlaşması bu il nəzərdə tutulmayıb:

“Bu il üzrə ayrılmış dövlət vəsaitinə və tərtib olunmuş qazlaşma proqramına uyğun olaraq, 42 inzibati rayon üzrə 83 yaşayış məntəqəsinin qazlaşması nəzərdə tutulub. Bura Şəki rayonundan Çayqaraqoyunlu və Baş Küngüt kəndi daxil olub. Amma Baqqal kəndinin qazlaşması bu il nəzərdə tutulmayıb. Növbəti illərdə ayrılan vəsaitdən asılı olaraq sözügedən kəndin qazlaşmasından söhbət gedə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Xaçmazda gəlin qaynı tərəfindən bıçaqlanıb – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR