Play Store

Ölkədə yenidən işıqlar sönəcək? - Mingəçevirdəki yanğınla bağlı AÇIQLAMA

Bu gün səhər saatlarında Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Mingəçevirdə “Azərbaycan İES”in ərazisində yanğın baş verməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Baş verən yanğın hadisəsi ölkədə enerji verilməsi ilə bağlı yenidən problem yarada bilərmi?

Məsələ ilə bağlı “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı Metbuat.az-a açıqlamasında bildirib ki, baş verən yanğının sistemə aidiyyatı yoxdur:

“Sadəcə ətraf ərazidə quru otların alışması nəticəsində belə bir fon yaranıb. Onun sistemə heç bir təsiri olmayıb . İşıqlar bu səbəbdən sönə bilməz".

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda iki rəhbər işçi - Vəzifəsindən UZAQLAŞDIRILDI – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR