Play Store

Biləsuvarda qaz problemi - Nə vaxt həllini tapacaq?

Biləsuvar rayonunun mərkəzi küçələrində 6 aydır qaz problemi yaşanır.

Problemlə bağlı Metbuat.az-a müraciət edən rayonun "Azadlıq" küçəsi sakinləri iddia edirlər ki, rayon mərkəzinə il ərzində demək olar təbii qaz verilmir:

"Biz artıq bu vəziyyətdən bezmişik. Kimə, hara şikayət edəcəyimizi bilmirik. Rayonda kommunal xidmət normal deyil. Aylardır ki, həftənin hər iki günündən bir qaz kəsintisi olur. Xahiş edirik ki, bizə kömək edəsiniz. Çox çarəsizik".

Problemlə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, qazın verilişi ilə bağlı ölkə ərazisində problem qeydə alınmayıb:

"Nəinki Biləsuvar rayonunda, ümumiyyətlə Respublika ərazisində qazın verilişi ilə bağlı problem yoxdur. Hər hansı bir evdə təbii qazın verilişi ilə bağlı problem yaranarsa, araşdırılması üçün “Azəriqaz” istehsalat birliyinə müraciət edə bilərlər. Sakinlər ünvan və əlaqə nömrələrini bildirsələr, əməkdaşlarımız tərəfindən mənzilə baxış keçiriləcək".

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

Yardımlıda baş vermiş meşə yanğını lokallaşdırılıb- FOTOLAR – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR