Bu kəndə kanalizasiya xətti nə vaxt çəkiləcək? - Metbuat.az-a CAVAB!

Xızı rayonu Yeni Yaşma kəndində kanalizasiya yoxdur.

Bununla bağlı Metbuat.az-a müraciət edən kənd sakinləri bildirirlər ki, yaşadıqları kənddə heç vaxt kanalizasiya xətti olmayıb.

Sakinlər məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət etsələr də, problemin həll olunmadığını bildirirlər.

Məsələ ilə bağlı Metbuat.az “Azərsu” ASC ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib ki, qeyd olunan ərazidə kanalizasiya xəttinin çəkilməsi hələ ki, gündəmdə deyil.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu axşam qeyd olunan ərazilərə SU VERİLƏCƏK - Rəsmi AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR