Play Store

Karateçilərimiz Xorvatiyada 3 medal qazanıb

Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate-1 Gənclər liqasının ikinci mərhələsində 3 medala sahib olub.

Azərbaycan Milli Karate Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc medal, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş mükafat, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıb. Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.

74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələnib.

Roman Heydərov (kata) və Murad Hacızadənin (+84 kq) çempionluğu, Hüseyn Alıyevin (-67 kq) üçüncü yeri tutması ilə birgə, karateçilərimiz milli komandanın məşqçiləri Şahin Xudaverdiyev və Anar Allahverdiyev və Qurban Tağıyevin rəhbərliyi altında Xorvatiyada nüfuzlu turnirlədə iki qızıl, bir gümüş və üç bürünc medal əldə edib. Beynəlxalq hakim Vüqar Kərimov da bu turnirlərin hakimləri arasında olub.

İdmançılarımız 10 iyulda vətənə dönəcək.

Günün qoroskopu - Xarici görkəminizə fikir verin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR