Play Store

Bakı sakinləri NARAZIDIR - Nəsimi rayonunda PROBLEM

Bakıda uşaqların oyun meydançası tikinti şirkəti tərəfindən zəbt olunub.

Bu iddianı paytaxtın Nəsimi rayonu Cavadxan küçəsi bina 68 a-da yaşayan sakin Hicran Süleymanova Metbuat.az-a açıqlamasında bildirib. Sakin iddia edib ki, Fidan MTK adlı şirkət binanın həyətində uşaqların idman meydançasında 16 mərtəbəli yaşayış binası tikmək istəyir. Həmin ərazi hasara alındığı üçün sakinlər istirahət edə bilmirlər.

Məsələ ilə bağlı tikintini aparan Fidan MTK-nın icraçı direktoru Ədalət Əsgərov jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, tikinti işləri Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında aparılır. Ədalət Əsgərov yaşayış binası tikilib başa çatdırıldıqdan sonra, həm yeni bina, həm də köhnə binada yaşayan sakinlərin istirahəti üçün meydança salınacağını da vurğulayıb.

Problemlə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Məsələ diqqətimizdədir...

Ermənistan Müdafiə Nazirliyi Mərkəzi arxivinin rəisi Elmira öldü – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR