Play Store

Tovuzda qədim yaşayış tikililəri aşkarlanıb

Tovuz bölgəsinin Neolit dövrü abidələrində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı qədim yaşayış yerinin iriölçülü bina tikililəri və çoxlu sayda arxeoloji materiallar aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan Metbuat.az-a verilən məlumata görə, bundan əlavə, Yaponiyanın Tokio Universitetinin və Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) mütəxəssislərinin birbaşa iştirakı ilə bölgənin Neolit əhalisinin qida rasionunun təyini məqsədilə araşdırmalar aparılıb. Belə ki, Göytəpə arxeoloji kompleksində aşkar edilmiş keramika məmulatları üzərindəki süd məhsulları izlərinin müəyyənləşdirilməsi üçün ilkin olaraq çöl şəraitində lipid analizləri həyata keçirilib.

Ekspedisiya Göytəpə qədim yaşayış yerindən 4 km aralıda yerləşən Menteştəpə qədim yaşayış yerinin Neolit dövrünə aid qəbirlərindən və Tunc dövrünə aid Topdağdağan nekropolunun insan sümüklərindən götürülmüş nümunələrin izotop analizlərinin aparılmasına nail olub. Həmçinin ekspedisiyanın fəaliyyəti dövründə Hacettepe Universitetinin Antropologiya fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal ölkəmizə ezam olunaraq Göytəpədə aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub. Görüş müddətində Azərbaycan ərazisində aşkar edilmiş Neolit insanlarının skeletlərindən DNT analizi üçün nümunələrin gələcək illərdə Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş xüsusi laboratoriyalarında arxeo-genetik araşdırılmasının təşkili ilə bağlı müştərək proqramın konturları müəyyən edilib.

İnstitutdan bildirilib ki, Göytəpənin Neolit sakinlərinin qəbirlərinin aşkar edilməsi məqsədilə 2019-cu il qazıntı mövsümündə təpənin üzərində geofiziki çəkilişlərin aparılması qərara alınıb.

İyulda Göytəpə qədim yaşayış yerindən şərqə tərəf 1 km aralıda olan Kiçiktəpə Neolit dövrü abidəsində tədqiqat işlərinin davam etdirilməsi də Tovuz arxeoloji ekspedisiyasının fəaliyyət planına daxildir. Ekspedisiya tərəfindən aşkar edilmiş Kiçiktəpə qədim yaşayış yerinin tədqiqatlarına CNRS mütəxəssisi, doktor Culio Palumbi başda olmaqla fransalı arxeoloqlardan ibarət heyət cəlb edilib. Tovuz bölgəsində kompleks elmi tədqiqat işlərinin aparılmasında ekspedisiya tərəfindən multidistsiplinar (arxeometrik) araşdırmalara üstünlük verilməsi Azərbaycandakı qədim arxeoloji mədəniyyətlərinin formalaşması problemlərinin təhlilini gündəmə gətirmiş olur.

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.