Play Store

Bakı-Quba yolunda təmir GECƏ saatlarında aparılacaq

BakıQubaRusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, hazırda yolun “Xırdalan dairəsi”ndən Beynəlxalq Avtovağzal kompleksinin qarşısınadək olan hissəsində işlər davam etdirilir.

Sözügedən istiqamətdə gündüz saatlarında hərəkət intensivliyi nəzərə alınaraq təmir-tikinti işləri gecə saatlarında aparılır. Bu məqsədlə gecədən səhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılır.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

DİQQƏT: 41 dərəcə isti olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR