"Barselona" Braziliya klubunun futbolçusunu transfer edib - FOTO

İspaniyanın "Barselona" klubu Braziliya "Qremio"sunun futbolçusu Artur Ramosu transfer edib.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçidən ötrü 31 milyon avro ödəniləcək. Daha 9 milyon avro isə bonus kimi nəzərdə tutulub.

"Barsa" ilə 6 illik müqavilə imzalayan 22 yaşlı oyunçunun dəbbə pulu 400 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Artur Ramos bu mövsüm "Qremio"nun heyətində Braziliya çempionatında 7 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm "Barselona" İspaniya çempionluğu və ölkə kubokunu qazanıb.

Cəbhədəki son vəziyyət - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR