Play Store

Monitorinq insidentsiz başa çatıb - Nazirlik

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 10-da Ağdam rayonu istiqamətində AzərbaycanErmənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Boşard keçiriblər.

Azərbaycanda toyda DAVA DÜŞDÜ - ÖLƏN VAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR