Diqqət: Bu yollarda rənglənmə işləri aparılır

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A. Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Şamaxinka" dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azərbaycanda toyda DAVA DÜŞDÜ - ÖLƏN VAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR