Play Store

Mediada qıcıq doğuran "XƏBƏRLƏR" - Mətbuat Şurasının dilindən

Medianın gücündən istifadə edərək yayımlanan hansı xəbərlər bu gün cəmiyyətdə qıcığa səbəb olur? Mətbuat Şurası hansı tip xəbərlərə görə təəssüf hissi keçirir?

Sualla bağlı Metbuat.az-a açıqlama verən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları” və qanunlara əməl olunmayanda, rekerd jurnalistikayla məşğul olub, insanların şərəf və layəqətini alçaldanda, onları şantaj edəndə, böhtan xarakterli materiallar dərc olunanda təəssüf hissi keçirilir:

“Dövlətçiliyin təbliğ olunması, inkişaf etdirilməsi, daha da dərinləşdirilməsi yönündə işlərin aparılması əvəzinə, bəzi media qurumları bəzən onun əksini edir. Bəzən bunların bir çoxlarına Respublikanın daxilindən yox, xaricdən dəstək verirlər. Bunları yaratmaqla Azərbaycana qarşı böhtan xarakterli informasiyaların yayılmasına təşəbbüskarlıq edirlər. Bunlara təəssüf edirik. Hesab edirəm ki, bu halların olmaması vacibdir. Bu, nə jurnalistikaya, nə insanlığa, bütövlükdə cəmiyyət üçün heç bir halda qəbulolunmaz faktlardır”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə qeyd edib ki, Mətbuat Şurası mümkün olduqca, məhdud resurslarını səfərbər edib, “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na edilib-edilməməsi məsələsinə diqqət edir:

“Yəni, hansı xəbərin verilməsi-verilməməsi, yaxud bu və ya digər şəkildə şərhlərin dərc edilməsi Mətbuat Şurasını narahat edəcək məsələ deyil. Çalışırıq ki, Mətbuat Şurası olaraq bütün media, jurnalistlər öz yazılarını, paylaşımlarını, dərc etdikləri materialları “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanun, eyni zamanda “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları” çərçivəsində etsinlər. Yəni, jurnalistlər elə davranmalıdırlar ki, onlara qarşı hər hansı irad tutulanda, bu iş məhkəməyə gedib çıxmasın. Yaxud da ki, onlar işlədiyi KİV vasitələrinin qapadılması üçün səbəb yaranmasın”.

Xəyalə Məmmədova / METBUAT.AZ

İlham Əliyev Ərdoğanı qarşılayıb – VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR