Play Store

Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu nişanı görürsünüzsə...

Yayın qızmar istisində sərinləmək üçün insanlar çimərliklərə üz tuturlar.

Dənizə getmək istəyənlər zaman və məsafə baxımından çox vaxt yaşadıqları yerə yaxın olan çimərliklərə gedirlər. Bəzən “Qadağandır” işarəsi belə insanların istədikləri çimərlikdə getməsinə əngəl törədə bilmir.

Təəssüflər olsun ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bu gün də ölkə ərazisində çimmək qadağan olunan çimərliklərə üz tutan kifayət qədər vətəndaşımız var.

“Dənizdə normadan dəfələrlə artıq bakteroloji çirklənmə var”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, bu il də dəniz suyunun laborator tədqiqatı aparılıb:

“Qadağan olunmuş çimərliklərdə üzmək insanlar arasında kəskin mədə-bağırsaq xəstəlikləri törədə bilər. Bununla əlaqədar, Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimimüavininin qəbul etdiyi qərarı Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aiddiyatı qurumlara göndərmişik.

Səbail rayonun “Şıx”, Qaradağ rayonunda “Sahil” çimərliyi və Sumqayıt şəhəri ərazisindəki çimərliklər təhlükəli hesab edilir. İnsanlara tövsiyyə görərdik ki, Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkiminin müavininin qərarına hörmətlə yanaşsınlar, həmin ərazilərdən istifadə etməsinlər”.

Bəs, qadağan olunmuş çimərliklərdən istifadə edən vətəndaşları hansısa bir cərimə gözləyirmi?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov qeyd edib ki, “Qadağandır” nişanı qoyulan çimərliyə daxil olmaq inzibati xəta sayılır:

“Bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Çimərlik qadağan olduğu təqdirdə, orada “Qadağandır” nişanı yerləşdirilməyibsə, buna görə kiminsə cərimələnməsindən söhbət gedə bilməz. Lakin “Qadağandır” nişanı qoyulduğu halda həmin çimərlikdən istifadə edən şəxsləri cərimə gözləyir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Mediada qıcıq doğuran "XƏBƏRLƏR" - Mətbuat Şurasının dilindən – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR