Pakistanda partlayış: 5 ölü, 25 yaralı

Pakistanda terrorçu-intiharçının hücumu nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin Peşavar şəhərində baş verib. Qeyd olunur ki, terrorçu Avami Milli partiyasının məclisi zamanı hücum törədib.

Ölənlər arasında partiyanın lideri Xarun Bilur və onun oğlu Daniyal Bilur da var.

Yaralananlar yerli xəstəxanaya çatdırılıb, onlardan bəziləri kritik vəziyyətdədir.

Gəncədə etiraz aksiyasının qarşısı alındı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR