Play Store

“İki yüksək rütbəli polis zabitinin qətli bunun düşünülmüş addım olmasına dəlalət edir” – Aydın Mirzəzadə

“10 iyul axşamı Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və stabilliyimizə qarşı yönəlmiş bir provokasiyadır”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə bildirib. Millət vəkilinin sözlərinə görə, qeyri-qanuni aksiyanın insan hüquqlarının müdafiəsi və dinə heç bir aidiyyatı yox idi: “İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycan çaşqınlıq və gərginlik salmaq istəyindən xəbər verir.

Görünür xaricdə müəyyən antiazərbaycan dairələri Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarşıqlıq yaratmağa cəhd edirlər.

Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o heç zaman qara qüvvələrin arxasınca getməyəcək. Hadisələr göstərir ki, dövlətimiz, sabitliyimizi, inkişafımız hər an qorumalıyıq və biz buna qadirik”.

"Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini tələb edir" - Əli Həsənov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR