Play Store

15 yaşlı qız adı bilinməyən bir narkotik maddədən həyatını itirdi

İngiltərədə yaşayan 15 yaşlı Şakira Pellov nə olduğu bilinməyən bir narkotik həb istifadə etdikdən sonra həyatını itirib. Ailəsi gənc qızın xəstəxanadakı son anlarında çəkilmiş bir fotosunu mətbuatda paylaşıb.

Metbuat.az xəbər verir ki, üzərində “Duplo” yazdığı açıqlanan və tərkibi bilinməyən həbi istifadə edən Şakiranın birdən çox orqan çatışmazlığı yaşadığı və infarkt keçirdiyi açıqlanıb. Ailə gənclərin narkotik istifadəsinin nəticələrini görüb, bunun qorxunc nəticələri ilə üzləşməmələri üçün qızlarının fotolarını yayımladığını deyib.

Gənc qız ilə eyni qrupda yer alan və birlikdə narkotik maddə istifadə edən digər uşaqlar da xəstəxanaya yerləşdirilib. Amma həyati təhlükələri olmayan uşaqlar qısa müddətdə sağlamlıqlarına qovuşub.





https://metbuat.az/news/987513/abs-da-5-neferlik-a...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR