“Kim təşkilatçılıq məsələsində addımlar atırsa, cəzasını almalıdır” – Azər Badamov

Gəncədə baş verən hadisələr xoşagəlməz və ictimaiyyət üçün təhlükə xarakteri daşıyan hadisələrdir”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkili Gəncədə baş verən hadisələrə şərh verərkən bildirib ki, bu, müəyyən təxribatçılar, radikal qüvvələr tərəfindən təşkil olunmuş, planlı şəkildə həyata keçirilməyə cəhd göstərilən hadisələrdir:

“Bu cür təxribatın bir neçə gün əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı təşkil olunması, dünən isə aksiya keçirilməsi istiqamətində cəhd göstərilməsi təbii ki, Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq istiqamətində düşünülmüş pis niyyətlərin ifadəsi idi. Bu gün ölkəmiz uğurlu inkişaf yolundadır, iqtisadi və sosial sahədəki inkişafımız göz qabağındadır. Həm enerji,həm qeyri-neft sektorunda, böyük irəliləyişlər əldə olunub. Bütün bunları görmək istəməyən və yaxud da Azərbaycandakı inkişafa xələl gətirmək istəyən müəyyən dairələr mövcuddur ki, onların əlilə, təşkilatçılığı ilə belə hadisələr törədilir.

Təbii ki, Azərbaycanda təmin olunmuş ictimai-siyasi sabitlik bizim ən böyük nemətimiz və uğurumuzdur. İnsanların rahat şəkildə yaşaması, onların ictimai asayişinin qorunması, təhlükəsizliyinin təmin edilməsi - bütün bunlar bizim uğurumuzdur. Amma bu ictimai asayişin, siyasi sabitliyin pozulması istiqamətində edilən cəhdlər qəbuledilməzdir. Azərbaycan hüquqi, demokratik dövlətdir və dövlətin əleyhinə edilmiş hər hansı bir cəhd cinayət hadisəsidir və bu məsələdə kim təşkilatçılıq məsələsində addımlar atırsa, cəzasını almalıdır. Hər bir aksiyanın, sərbəst toplaşmanın qaydaları var, qanunla təmin olunub. Müəyyən razılıq əsasında, icazəli yerlərdə toplaşa, aksiya keçirə bilərlər. Amma özbaşına şəkildə ictimai asayişi pozmaq və ictimai rəyi dövlətə qarşı yönəltmək istiqamətində addımlar təbii ki, təxribatdır. Belə təxribatlar qanunla müəyyən olunur və cəzalandırılır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Gəncədəki hadisələrin dinlə əlaqəsi yoxdur, söhbət radikal dini qruplaşmanın üzvlərindən gedir” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR