Play Store

İşğal altındakı Kəlbəcərdən ürək dağlayan görüntülər - VİDEO

Bu gün erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən 4 il ötür.

Metbuat.az xəbər verir ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Qeyd edək ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bu gün “Facebook” səhifəsində atasının 2007-ci il sentyabrın 1-də Kəlbəcərə səfəri zamanı oradakı sıldırım qayalarda çəkdiyi videonu paylaşıb. Həmin videonu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR