“Maşını udsaydım, qocalar evinə bağışlayacaqdım” - Anar Ağakişiyev

Stilist Anar Ağakişiyev “Maşın” şou ilə bağlı açıqlama verib.

Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, əməkdaşımız ilə söhbətində stilist bildirib ki, avtomobili qazansa, qocalar evinə yardım edəcəkdi:

“Hər il bayramda qazancımdan bir qismini ayırıb kimsəsiz uşaq evlərinə, qocalara paylayıram. Bunu başqaları kimi açıq gündəmə gətirib özümü reklam etmirəm. Yarışa girməzdən əvvəl demişdim, avtomobili udsam, onun dəyəri qədər pulu ya qocalar, ya da kimsəsiz uşaqlar evinə bağışlayacağam. Çünki o qocalar nankor övladları tərəfindən atılmış, gözləri yolda qalmış insanlardır. Bunu hətta Vüqar Vüqarlı ilə danışmışdım. O da söz vermişdi ki, məni uzaqlaşdırmayacaq. Hətta o, efirdən əvvəl də söz vermişdi, onu videoya çəkmişdim. Bu sözləri demişdi: Mən qələt edib birinin adın çəkib başqasını çıxararam. Vüqar əvvəldən mənim adımı çəkmədi, qorxdu. Bilirdi ki, "Anar" desə, onun getməsinə səs veriləcək. Mən söz vermişdim ki, Vüqarın əleyhinə səs istəməyəcəyəm. Sözümdə durdum. Vüqarın qocalara hörməti bu qədər idi”.

Anar avtomobili aparıcı Aydanın əldə etməsini istədiyini də bildirib.

XƏBƏRDARLIQ: Temperatur yenidən yüksələcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR