Play Store

Azərbaycanlı aktrisa ər axtardığını elan etdi - FOTOLAR

Rusiyada yaşayan azərbaycanlı aktrisa özünə ər axtarır.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, bu, son aylar zorlanma xəbərləri ilə gündəmə gələn aktrisa Fatimə Abasquliyevadır.

O, bu barədə "İnstagram" səhifəsində ərə getmək istədiyini elan edib:

"Mənə çox xoşdur ki, mən gül kimiyəm və arılar mənə qonur. Ancaq ən yaxşısı və yeganə olanı bal alır. Bunu əməllərilə, qayğıkeşliyilə və hörmətilə nümayiş etdirmək lazımdır. Zəngin, cəsur, xeyirxah ər axtarıram. Sadəcə başqasının mənə gücü çatmaz".

Xatırladaq ki, Fatimə Abasquliyeva Azərbaycanda doğulub. Atası yazıçı, anası skripka ifaçısıdır. 15 yaşında “Miss Azərbaycan” tacına layiq görülən Fatimə, 17 yaşında iki nominasiyada “Qızıl mikrafon” musiqi mükafatının qalibi olaraq estradaya gəlib. Müxtəlif kliplər çəkdirir, şou baletlər təşkil edir. 19 yaşında Moskvaya gəlir, Moskva teatr sənəti institutuna daxil olub.

Fatimə 12 əvvəl “U Nikitinskix vorot” teatrının rəhbəri Mark Rozovski tərəfindən zorladığını açıqlayaraq yenidən gündəmə gəlib. Onun sözlərinə görə, bu hadisə o, tələbə olanda baş verib. Aktrisa rejissorun cəzalandırılmasına nail olmaq üçün məhkəməyə müraciət edib. 80 yaşlı Rejissor Rozovski isə ittihamı rədd edib.




XƏBƏRDARLIQ: Temperatur yenidən yüksələcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR