“Bu o deməkdir ki, artıq Naxçıvanın blokadası aradan götürüləcək” – Aydın Hüseynov

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindən bir gün sonra, iyulun 10-da Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək və geniştərkibli görüşləri olub, eyni zamanda mətbuata bəyənatlarla çıxış ediblər.

Ərdoğanın səfərini Metbuat.az-a şərh edən millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, Türkiyə prezidentinin andiçmədən sonra ilk rəsmi səfərlə məhz Azərbaycana gəlməsi bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycan qardaş, dost xalqdır:

“Türkiyə və Azərbaycan eyni zamanda, beynəlxalq arenada, beynəlxalq aləmdə bir-birinin dövlətçilik və milli maraqlarını müdafiə edən dövlətlərdir. Bütün bunları daha da canlandıran, daha da effektli edən, iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə təmsil olunması həm də bir fakta söykənir - Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq. Prezident İlham Əliyev Türkiyənin ən çətin məqamlarında dostluq, qardaşlıq jestini edib. Bildiyiniz kimi, Türkiyədə terror aktı törədilən zaman İlham Əliyev Türkiyəyə getdi. FETÖ-çülər Türkiyədə dövlət çevrilişinə cəhd edəndə də birinci növbədə Azərbaycan türk dövlətçiliyinin qorunması üçün öz dəstəyini verdi.

Bu bir daha onu göstərir ki, təkcə indi yox, bundan sonra da Azərbaycanla Türkiyə arasındakı bu dostluq daha da möhkəmlənəcək. Bildiyiniz kimi, iyunun 26-da Bakıda möhtəşəm hərbi paradda Türkiyə zabitləri də iştirak etdi, bunu prezident İlham Əliyev də mətbuata bəyənatda qeyd etdi. Türkiyədən aldığımız silahlar da paradda nümayiş olundu. Azərbaycan Türkiyəyə 13 milyarddan çox investisiya yatırıb. Eləcə də Türkiyə iş adamları Azərbaycanda 12 milyarda yaxın investisiya qoyublar. Bu o deməkdir ki, bu dövlətlər arasında həm qardaşlıq, həm mədəni, həm də iqtisadi münasibətlər özünün ən yüksək pilləsinə qədəm qoyub.

Bununla yanaşı Türkiyə ilə Azərbaycanın birgə səyləri nəticəsində böyük layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP, Tap və bu kimi böyük layihələr məhz Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti nəticəsində təqdim olunan layihələrdir. Hansı ki, bu həm Azərbaycan, həm də Türkiyə dövlətinin regionda nüfuzunu artıran addımlardır. Eyni zamanda Türkiyə dövləti Naxçıvandan dəmir yolu xəttinin çəkilməsilə bağlı Azərbaycanla razılığa gəlib. Bu da o deməkdir ki, artıq Naxçıvanın blokadası aradan götürüləcək. Deməli bizim mədəni, iqtisadi, hərbi əlaqələrimiz, dostluq-qardaşlıq fonunda daha da yüksək inkişaf edəcək ki, bu inkişafın da önündə olan təkanvericisi hər iki dövlətin başçısıdı”.

Günay Elşadqızı / METBUAT.AZ

“Gəncədəki hadisələrin dinlə əlaqəsi yoxdur, söhbət radikal dini qruplaşmanın üzvlərindən gedir” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR