Trampdan ULTUMATUM: “2025-ci ilə kimi deyil, dərhal etməlisiniz”

Trampdan ULTUMATUM: “2025-ci ilə kimi deyil, dərhal etməlisiniz”
01:33 12 İyul 2018
93 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp NATO-nun bütün ölkələrindən müdafiə xərclərini dərhal ümumi daxili məhsulun 2 faizinə qədər çatdırılmasını tələb edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Amerika liderini tələbini Tvitter səhifəsində yazıb.

“ABŞ Avropanın müdafiəsinə görə ödəyir və sonra ticarət sahəsində milyardlarla dollar itirir. NATO ölkələri 2025-ci ilə kimi deyil, müdafiə xərclərini dərhal ümumi daxili məhsulun 2 faizinə qədər artırmağa məcburdur”, - prezident bildirib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, Tramp NATO-nun Brüssel sammiti zamanı alyans üzvlərinə müdafiə xərclərini ümumi daxili məhsulun 4 faizinə kimi artırılmasını təklif edib.

2014-cü ilin sentyabrında Uels sammitində ittifaq ölkələrinin liderləri 10 il ərzində hərbi xərclərini ümumi daxili məhsulun 2 faizinə qədər artırılması üzrə öhdəliyi qəbul ediblər. Hazırda NATO-nun29 ölkəsindən yalnız 8-i öhdəliyi yerinə yetirir. ABŞ-da bu göstərici 3,58, Almaniya isə 1,2 faiz təşkil edir.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/247097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR