Play Store

Dünyanın ən çirkin iti üçün cənazə mərasimi - FOTOLAR

Dünyanın ən çirkin iti üçün cənazə mərasimi - FOTOLAR
02:03 12 İyul 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çirkin iti olaraq məşhurlaşan Zsa Zsa doqquz yaşında öldü.

Publika.az xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərində hər il ənənəvi olaraq keçirilən "Dünyanın ən çirkin iti" müsabiqəsində Yer kürəsinin ən çirkin iti seçilən ingilis bulldoqu sahibi Meqan Brainarda 500 dollar pul mükafatı qazandırmışdı.

Zsa Zsa ləqəbli it müsabiqədən dərhal sonra müxtəlif TV proqramlarında iştirak etmək üçün sahibi ilə birlikdə Nyu-Yorka gedir. Yaşına görə vəziyyəti ağırlaşan Zsa Zsa ölür. İtinin ölümünə görə dərin bir kədər içində olduğunu deyən Meqan Brainard Zsa Zsa üçün evinin həyətində xüsusi cənazə mərasimi təşkil edib.

Meqan Brainard və 15 aylıq qızı Mareslin Zsa Zsanı öpərək onunla vidalaşıblar.

Könül


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR