Play Store

Telekommunikasiya şirkətləri “C-V2X” texnologiyasını dəstəkləməyə çağırır

Telekommunikasiya şirkətləri “C-V2X” texnologiyasını dəstəkləməyə çağırır
04:35 12 İyul 2018
Ölkə mətbuatı
A- A+

"BMW", "Daimler" avtomobil istehsalçıları, "Deutsche Telekom" və "Ericsson" telekommunikasiya şirkətləri Avropa Komissiyasından internetə qoşulan avtomobillər üçün "Cellular Vehicle to Everything" (C-V2X) texnologiyasını dəstəkləməyə çağırır.

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, onların fikrincə, bu, "5G" mobil rabitə şəbəkələrinin Avropa İttifaqı ərazisində qurulmasını sürətləndirəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, mobil şəbəkələr vasitəsilə avtomobillər və internetə qoşulmuş qurğular arasında məlumat mübadiləsinə imkan verən "C-V2X" texnologiyası "Wi-Fi" texnologiyası əsasında rəqib "ITS-G5" standartı (intellektual nəqliyyat sistemləri) ilə müqayisədə ən yaxşı variantdır.

Şirkətlərin komissiyaya ünvanladığı müraciətdə deyilir ki, "C-V2X" texnologiyası Avropanın avtomobil istehsalçılarının dünya bazarında rəqabətqabiliyyətliliyini möhkəmləndirəcək, "ITS-G5" isə, əksinə, avtomobil istehsalçılarının imkanlarını məhdudlaşdıracaq. "Adına baxmayaraq "ITS-G5" standartı "5G" texnologiyasına aid deyil və təkamül yolunda onunla uyğun gəlmir", - Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və tənzimləyici orqanın digər rəsmi şəxslərinə ünvanlanan məktubda qeyd olunur.   

Müraciəti imzalayanlar sırasında, həmçinin, "Ford", "Huawei", "Intel", "Qualcomm", "Nokia", "SAIC Motor", "Samsung", "Savari", "PSA Groupe", "Telefonica" və "Vodafone" şirkətləri yer alıb.

Nizam Nuriyev




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR