Play Store

Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq.

Metbuat.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edəcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.

Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirəcək. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olacaq. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindədir. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olacaq.

Bakıda avtobus “Kamaz”la toqquşdu: Ölən və yaralananlar var / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR