Play Store

Adnan Oktarın "kediciyindən" ŞOK - "Cinsi əlaqəyə girə bilmirdi"

Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktarın keçmiş kediciyi bütün gizlinləri açıb.

Metbuat.az "Milliyyet.com.tr"yə istinadla bildirir ki, 2017-ci ildə Adnan Oktarın təşkilatından ayrılan "keçmiş kedicik" Ceylan Özgül müsahibəsində Adnan Oktarla bağlı tükürpədici məqamlara toxunub. O, qızların təşkilatda qul kimi saxlandığını, istismar edildiyini bildirib:

"Təşkilatda müxtəlif hücrələr var. Adnan Oktar burada qızlarla birlikdə yaşayırdı. Qadınları kölə olaraq görürdü. Problemi olduğu üçün qızlarla cinsi əlaqəyə girmirdi, ancaq fərqli üsullardan istifadə edirdi. Yaşından asılı olmayaraq hər qıza eyni cür davranırdı. Burada kiçik qızlara təcavüz edilirdi. Bildiyiniz hər cür pisliyi edirdilər. Qızları məktəbə göndərmirdilər, gedənləri də məcbur çıxarırdılar. Təşkilatdan ayrılmaq istəyənlərə iftiralar atılırdı".

Qeyd edək ki, “Kedicikləri” ilə tez-tez gündəmə gələn Adnan Oktar və 235 müridi dünən səhər saatlarında saxlanılıb. Onlara qarşı azyaşlılara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj ittihamları irəli sürülüb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR