Play Store

“Qaraçı qanı” serialının əsas aktyorları İLLƏR SONRA - FOTO

“Qaraçı qanı” serialının əsas aktyorları İLLƏR SONRA - FOTO
16:28 12 İyul 2018
Ölkə mətbuatı
A- A+

2003-cü ildə çəkilən və dünyanın bir çox ölkəsində yayımlanan Argentina serialı -“Qaraçı qanı” Azərbaycanda da xeyli səs-küy doğurmuşdu. 229 bölümdən ibarət serialda həm melodram, həm dedektiv, həm dram janrının uğurlu birləşməsindən istifadə olunub. Sujet xətti iki qaraçı ailəsinin uzun illərdən bəri davam edən ədavətindən, qadağan olunmuş məhəbbət və dərin ehtirasdan bəhs edir.

Ekran işində Xuan Darte, Arlando Andre, Culyeta Dias, Romina Qaytani, Luizina Brando və Osvaldo Laport kimi kino xadimləri çəkilib.

Publika.az filmdə əsas qəhrəmanları - İzabel və Amador rollarını canlandıran aktyorları xatırladıb.

Amador Erediya rolunu canlandıran aktyor Osvaldo Laport 1956-cı il 12 avqustda Uruqvayda yoxsul ailədə dünyaya gəlib. Vaxtı ilə qızların dərdindən dəli-divanə olan aktyor Viviana Saezi adlı qadınla vətəndaş nikahında yaşayır. Cütlüyün bir qızı var.

İzabel obrazını canlandıran aktrisa Romina Qaytani 1977-ci il 15 apreldə Argentinada dünyaya gəlib. Argentinanın ən tələbatlı aktrisası olan Romina Aliza Nisenbaun adlı rəssamla görüşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR