Bakıda işıqlar söndü: metronun bu stansiyalarına giriş bağlandı

Bakıda işıqlar söndü: metronun bu stansiyalarına giriş bağlandı
16:38 12 İyul 2018
103 Ölkə
Ölkə mətbuatı
A- A+

“Metronun Bənövşəyi xətt "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarına giriş bağlanıb”.

Bu sözləri Publika.az-a “Bakı Metropoliten”in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, işıqların sönməsi ilə əlaqədar qatarların sürəti azalıb: “Gərginlik nisbətən azdır. Lakin qatarların fəaliyyəti normal qrafiklə davam edir. Sərnişinlər stansiyalarda qalmayıb. Bir tək Bənövşəyi xəttin Avtovağzal və Memar Əcəmi istiqamətində fəaliyyəti dayandırılıb. Gərginlik olmadığından stansiyalara giriş bağlanıb”.

Məlumata görə, bu dəqiqələrdə paytaxtın Nərimanov, Nəsimi, Nizami rayonları ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Bakının ayrı-ayrı rayonlarında işıqlar yansa da, şəhərdəki işıqforlar işləmir.

"Azərişıq"-dan bu barədə rəsmi məlumat yayılacağı bildirilib.

Könül


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/247165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR