Bakıda metronun bəzi stansiyalarına giriş dayandı - İşıqlar söndü

Metroda hərəkət bərpa olunub.

Bu gün saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından, Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlanıb.

Bununla bağlı Metbuat.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, saat 16:30-dan sözügedən stansiyaya gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.

Bakının bəzi ərazilərində isə işıqlar sönüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR