Bakıda ışıqforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar ışıqforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib.

Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.

Sabahın HAVASI: Yağış, dolu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR