Play Store

Qazax sakini süni göldə batdı - VİDEO

Qazax sakini süni göldə batdı - VİDEO
21:22 12 İyul 2018
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda süni göldə dostları ilə çimən gənc oğlan suda boğulub.onunun meyidini kənd sakinləri çıxarıb. Sumqayıtda isə dənizdə çimən 28 yaşlı oğlan boğularaq ölüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qazaxda 25 yaşlı gənc göldə batıb.

Rayonun Fərəhli kənd sakini Ozan İsmayılov Coğaz çayının Abbasbəyli kəndi ərazizisindəki süni göldə dostları ilə çimərkən batıb. 4-5 metr dərinliyi olan göldə yoldaşları onu xilas etməyə çalışsalar da cəhdləri uğursuz olub.O,suda boğularaq ölüb. Gəncin meyiti təxminən 4 saatdan sonra sakinlərin köməyi ilə sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Sumqayıtda da bogulma olub.Dənizə çimmək üçün dostları ilə gedən 28 yaşlı gənc boğulub. Hadisə Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində, qeydə alınıb. Sumqayıt şəhər sakini Cabir Şanıyev dənizdə çimərkən batıb. Şahidlərin sözlərinə görə, gənc dostları ilə dənizə çimməyə gəlib və qadağan edici tələblərə məhəl qoymayaraq uzağa doğru üzüb. Nəticədə o boğularaq dünyasını dəyişib. Onun meyiti xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qazax sakini süni göldə batdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR