Play Store

Ucarda müəllim intihar etdi

Ucarda müəllim intihar etdi
21:37 12 İyul 2018
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda intihar hadisəsi olub.

Milli.Az-ın APA-ya istinadla xəbərinə görə, hadisə ötən gün rayonun Şilyan kəndində baş verib.

Kənd sakini, 1954-ci il təvəllüdlü Tahirə Saleh qızı Nağıyeva özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən ot ipi ilə asaraq intihar edib.

Kənd sakinləri T. Nağıyevanın sakit təbiətli insan olduğunu deyirlər. Qadının hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

T. Nağıyeva müəllim işləyib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR