Play Store

Ağsuda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Ağsuda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
22:05 12 İyul 2018
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsuda baş vermiş yanğın söndürülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsindəki alovun qarşısı tamamilə alınıb.  

20:01

Ağsu rayonunda güclü yanğın baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışırlar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır.

Milli.Az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR