Play Store

FHN: Yevlax və Ağsuda yanğın xəttə yaxınlaşmadan söndürülüb - YENİLƏNİB

FHN: Yevlax və Ağsuda yanğın xəttə yaxınlaşmadan söndürülüb - YENİLƏNİB
03:44 13 İyul 2018
14 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. 

 

20:43

Bu gün saat 16:15-də  Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən APA-ya verilən məlumata görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və texnikası cəlb olunub, görülmüş operativ tədbirlər nəticəsində yanğının yanxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb. (150-200 metr məsafədə). Yanğın 18:18-də yanğısöndürənlər tərəfindən söndürülüb.

 

Yanğın nəticəsində 79 hektar biçilmiş taxıl sahəsi və 1 hektar kol-kos yanıb. Yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik hava xətləri, meşə zolağı, ferma və ətraf ərazilər yanğından mühafizə olunub.

 

Saat 14:30 radələrində isə Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib.

 

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da FHN DYMX-nin canlı qüvvə və texnikası, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Yanğının söndürülməsi işlərinə Ağsu rayonu İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib.

 

Əlavə məlumat veriləcək.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR