Çörək yeyərkən ilan sancdı

Çörək yeyərkən ilan sancdı
04:29 13 İyul 2018
53 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda iki uşaq anasını çörək yeyən vaxtı ilan sancıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 22 radələrində rayonun Qapıçay kənd sakini 1990-cı il təvəllüdlü Süsən Murtuz qızı Gəncəliyeva ilan sancması xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

 

MRX-dan APA-ya bildirlib ki, iki övlad anası olan Süsən Gəncəliyeva yaşadığı ünvanın həyətyanı sahəsində axşam saatlarında ailəsi ilə birlikdə şam yeməyi yeyən zaman masanın altında olan ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb. S

 

üsən Gəncəliyevaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR