Play Store

Azərbaycanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycanda mikroavtobus aşıb, 10 nəfər xəstəxanaya yerləşdirilib
07:52 13 İyul 2018
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı "Mercedes Vito"-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.

Milli.Az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR