Tramp Tereza Meyin əvəzləyicisini tapdı

Tramp Tereza Meyin əvəzləyicisini tapdı
08:28 13 İyul 2018
48 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Boris Consonu baş nazir postuna “əla namizəd” adlandırıb.

Publika.az xəbər verir ki, Tramp bu haqda “Sun” qəzetinə müsahibəsində deyib.

“Düşünürəm ki, o əla baş nazir ola bilərdi. Düşünürəm ki, onda bunun üçün tələb olunan hər şey var”, -Tramp bildirib.

Amerika liderinin sözlərinə görə, Conson onun çox xoşuna gəlir və ona çox hörmət edir:

“Mən çox kədərləndim ki, Conson hökuməti tərk edir və mən ümid edirəm ki, müəyyən bir anda qayıdacaq”.

Tramp daha əvvəl bildirib ki, Avropaya səfəri zamanı Consonla görüşə bilər.

Qeyd edək ki, ABŞ prezidenti ilə Böyük Britaniyanın baş naziri arasında soyuq münasibətlər aydın şəkildə özünü göstərir. İki liderin son vaxtlar beynəlxalq məsələlərlə bağlı fikir ayrılıqları diqqətdən qaçmır.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/247213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR