Play Store

ABŞ Krımın ilhaqını faktiki olaraq tanıdı – Trampdan ŞOK ETİRAF

ABŞ Krımın ilhaqını faktiki olaraq tanıdı – Trampdan ŞOK ETİRAF
08:43 13 İyul 2018
53 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş prezidenti Barak Obama faktiki olaraq Krımı Rusiyanın bir hissəsi kimi tanıdı.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın prezidenti Donald Tramp deyib.

Mətbuat konfransının gedişatında Amerika liderindən rus həmkarı Vladimir Putinlə Helsinkidə keçirəcəyi görüşdə Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb-tanımayacağını soruşublar.

“Fakt odur ki, onlar Krıma körpülər tikirlər və bir neçə il əvvəl tikməyə başladığı körpünün açılışını yaxın vaxtlarda etdilər. Onlar milyardlarla dollar qoyaraq sualtı qayıqlar üçün liman tikdilər. Bu, Trampın deyil, Obamanın dövründə idi. Mən bunlara icazə verərdim? Xeyr. Mən icazə vermədim, amma o icazə verdi. Krımla bağlı bundan sonra nə olacaq, deyə bilmirəm. Krımda baş verənlərə görə şad deyiləm. Amma bu, Obamanın dövründə oldu”, - Ağ Evin lideri cavab verib.

Ömər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR