Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"

Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"
09:22 13 İyul 2018
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.   

"Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir", - Paşinyan qeyd edib.     

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/667590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR