Play Store

Pakistanın keçmiş baş naziri həbs edildi

Pakistanın keçmiş baş naziri Navaz Şərif və qızı Məryəm barəsində həbs qərarı verildiyi üçün, onlar İngiltərədən geri dönən zaman təyyarədən enən kimi tutulublar.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş baş nazir haqqında həbs qərarı çıxarıldıqdan sonra ölkəsinə geri dönərək təslim olub. Müalicədə olan həyat yoldaşını ziyarət etmək üçün getdiyi Londondan bu səhər geri dönən Şərif, Əbu-Dabiyə, oradan da Lahor şəhərinə gəlib.

Şərifin “Pakistana geri dönüb həbsə gedəcəm” açıqlamasından sonra partiyası olan Müsəlman Liqası - Navaz (PML-N) keçmiş liderlərini qarşılamaq üçün ölkə daxilindəki tərəfdarlarına səslənib, ancaq Şərif oraya toplaşan tərəfdarlarına salam belə verə bilmədən həbs olunub. Şərif və qızı təyyarəyə minən zaman Federal Təhqiqat Bürosu (FIA) tərəfindən pasportları alınıb və onlar hava limanındakı xüsusi təyyarəyə mindiriliblər. Onlar gəldikdən sonra həbs cəzalarının icra ediləcəyi Adiala həbsxanasına getmək üçün paytaxt İslamabada aparılıb.

Etiraz aksiyası və qarşılanma mərasiminin keçiriləcəyi Lahor şəhəri isə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Aksiya zamanı şiddətin yaşanmaması və insanların təhlükəsizliyi üçün minlərlə polis oraya göndərilib. Eyni zamanda, şəhərdəki bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Şərif gəlmədən öncə PML-N-ə qarşı keçirilən əməliyyat nəticəsində 378 nəfər tutulub.

Qeyd edək ki, Panamadakı “off shore” hesablarına aid məlumatların paylaşıldığı Panama Sənədləri skandalında 3 uşağının da adı keçən Şərif, 2017-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən Baş nazirlik vəzifəsindən çıxarılıb. Qaynağı bəlli olmayan pulları əldə edib, bunlarla investisiya və satınalma həyata keçirdiyi iddia olunan Şərif haqqında korrupsiya və rüşvətlə bağlı 3 cinayət işi açılıb.

Maddələrdən birincisi olan “Avenfield işi” ilə bağlı məsələ 6 iyulda yekunlaşıb və ona 10 il həbs və 8 milyon funt-sterlinq pul cəzası, qızına isə 7 il həbs və 2 milyon funt-sterlinq pul cəzası verilib. Şərifin kürəkəni Məhəmməd Safdar barəsində də 1 illik həbs cəzası verilib.

İddialara görə, Şərif, 3 uşağı, kürəkəni və keçmiş maliyyə naziri İşhak Dar, Londonda yerləşən Avenfield binasından qeyri-qanuni yollarla evlər alıblar. Şərif, məhkəmədə bu evlərin ona aid olduğunu qəbul etməyib, uşaqlarının isə evlərin sahibi olduğunu etiraf edib. Onun barəsində açılan digər 2 cinayət işi ilə bağlı növbəti aylarda qərar veriləcəyi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR