Play Store

Dünyanın ən qədim mumiyalarından biri haqda ŞOK FAKTLAR

5300 illik mumiya ilə bağlı edilən yeni kəşflər elm dünyasını həyəcanlandırıb.

Metbuat.az “mynet.com”a istinadla bildirir ki, elm adamları 1991-ci ildə İtaliya-Avstriya sərhəddindəki Ötztal dağlarında kəşf edilən Ötzi haqqında yeni məlumatlar əldə etməyə davam edir.

Bədəni buzlaqların altında donan adam dünyanın ən qədim və ən yaxşı qorunan mumiyalarından biri olaraq tarixə keçib. Bədəni üzərində daha əvvəl edilən araşdırmalar Ötzinin nələr yemiş ola biləcəyinə dair ipucları vermişdi. Amma mədəsi üzərində edilən son araşdırmada daha çox məlumatlar əldə edilib.

Ötzinin son olaraq yabanı keçi yağı, qızıl maral əti, einkorn adı verilən bir buğda və zəhərli bir ot yediyi ortaya çıxıb.

Nəticələri “Current Biology”də yayımlanan araşdırma mis dövrünün menyusunda nələr olduğuna dair bir fikir yaradır.

Ötzinin yediklərinə dair daha əvvəl geniş araşdırma edilməməsinin səbəbi mumiyanın mədəsinin yeni tapılmış olmasıdır.

Bədəninin mumiyalaşma şəkli səbəbi ilə Ötzinin mədəsi yerləşməsi lazım olan yerdə deyildi. Ötzinin mədəsində geniş araşdırmalar edən elm adamları mədədəki yağın süd məhsullarından deyil, dağlarda yaşayan dağ keçisindən gəldiyini ortaya çıxarıb.

Dr Maixner “Ötzinin pəhrizi ilə tənzimlənmiş karbonhidrat, protein və yağlardan ibarətdir. Həzm etdiyi yüksək yağ tərkibi təəcüb vericidir” deyib.

Amma bu pəhrizin Ötzinin bədəninə zərər vermiş olduğu da ortaya çıxıb. Onun bəzi atardamarlarında tıxanma olduğu da müəyyən edilib.

Bədənində yara izləri aşkar olunan Ötzinin bir müharibədə öldüyü güman edilir.






https://metbuat.az/news/988945/bu-eve-girmek.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR