7 ay ərzində 214 nəfər sui-qəsdə məruz qalıb - Suriyada

Suriya Ümran Araşdırma Mərkəzi 7 ay ərzində törədilən sui-qəsdlərlə bağlı hesabat hazırlayıb.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə hesabatda bildirilir ki, il başlayandan indiyə qədər, anti-rejim və hərbi qruplaşmaların nəzarəti altında olan ərazilərdə 214 mülki şəxs və müxalif döyüşçü sui-qəsd nəticəsində həyatını itirib.

Hesabata görə, ən çox sui-qəsd törədilən ərazi İdlib olub, sonrakı yerlərdə isə Hələb, Dera, Hama, Humus və Şam yer alır. Bildirilir ki, sui-qəsdlərdə ən çox hərbi qruplar hədəfə alınıb. Bunlardan Heyet Tahrir Şam (HTŞ) hərbi qruplaşması 82 sui-qəsdə məruz qalıb. Mülki şəxslərdən isə 53 nəfəri həyatını itirib.

Sui-qəsdlərdə əl bombası ilə, uzaqdan idarə olunan bombalı hücum, minalardan istifadə, kamikadze hücumu, silahlarla atəş açmaq və qaçıraraq öldürməkdən istifadə edilib.

Günay Elşadqızı / METBUAT.AZ

“Hədəfimiz ABŞ-ın PYD/YPG ilə münasibətlərini kəsməkdir” – Ərdoğan Trampla görüşündən danışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR