Play Store

Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobillərin istehsalı sahələrində 175,7 mln. manatlıq məhsul istehsal edilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 16,6 dəfə artıb, maşın və avadanlıqların istehsalı 6,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7% azalıb.

Belə ki, bu ilin 6 ayında ölkədə 130 ədəd minik avtomobili istehsal edilib. Bu müddət ərzində traktor istehsalı 14,1% artaraq 849 ədəd təşkil edib.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, mancanaq dəzgahlarının istehsalı 2,9 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 9,6% artıb.

24 saatda ÖLÜM - Dənizə gedənlər MÜTLƏQ OXUSUN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR