İraqda etiraz aksiyası: Bağdadda internetə çıxış dayandırıldı

İraqın cənubunda xidmət çatışmazlığı və elektrik kəsilməsi səbəbindən keçirilən etiraz aksiyaları paytaxt Bağdada da keçib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadın qərbindəki əş-Şulə bölgəsində vətəndaşlar küçələrə çıxaraq hökumətə qarşı etiraz ediblər. Etirazçılar mərkəzi küçədə toplanaraq səlahiyyətli şəxsləri istefa verməyə çağırıb. Bəzi etirazçılar təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəlməsi səbəbindən avtomobil təkərlərini yandırıblar.

İraq təhlükəsizlik qüvvələri şəhərdəki təhlükəsizlik tədbirlərini artırıb, hökumət binalarının yerləşdiyi Yaşıl Bölgəyə gedən yollar bağlanıb.

Digər tərəfdən, İraq Milli Təhlükəsizlik Şurası Baş nazir Heydər əl-İbadinin başçılığı altında ölkədəki vəziyyəti düzəltmək üçün təcili toplantı keçirir. İnternet xidməti göstərən şirkətlər bildiriblər ki, əlaqədar nazirlik paytaxtda internetə çıxışı dayandırıb. Hökumət nümayişlərin Bağdadın digər ərazilərinə yayılmasından narahatdır.

Günay Elşadqızı / METBUAT.AZ

7 ay ərzində 214 nəfər sui-qəsdə məruz qalıb - Suriyada


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR