Çin Livanda dəmir yolu layihəsini maliyyələşdirəcək - Suriyadan Tripoliyə ticarət dəhlizi yaradacaq

Çinin ticarət şirkətlərindən biri Tripolidən başlayıb Suriya-Livan sərhədinə qədər uzanan dəmir yolunun bərpası layihəsinə maliyyə dəstəyi verməyi planlaşdırır.

Metbuat.az “Daily Star” qəzetinə istinadən xəbər verir ki, bu layihə Tripolidən Suriyaya ticarət dəhlizi yaradacaq. Eyni zamanda, layihə Çinin Suriyanın yenidən qurulmasında yer almasına yol açmaqla bərabər, eyni zamanda uzun müddət bölgədə fəal rol almağına imkan verəcək.

Londona bağlı araşdırma mərkəzi “Chatham House”-un araşdırmaçısı Neil Quilliamın fikrincə, Çin, bölgədə infrastruktur layihələrinə maliyyə ayırmaq üçün Suriyadakı müharibənin başa çatmağını gözləməyəcək, 20-25 il ərzində ayıracağı investisiyalarla bölgədə böyük rol alan ABŞ-ın yerini tutacaq.

Digər tərəfdən, Çin-Ərəb İşbirliyi Forumunda Çin, Livan, İordaniya, Yəmən Suriyaya 100 milyard dollar yardım edə biləcəyini qeyd edib. Çin, edəcəyi yardımı ölkələrin əhali sayına görə deyil, yerləşdikləri strateji coğrafiyaya uyğun edəcək.

Mütəxəssislərin fikrincə, Çinin Suriyadakı vətəndaş müharibəsində neytral mövqe tutması və investisiyalar ayırması bölgədəki təsiri artırmaqla yanaşı, eyni zamanda ölkənin uzun müddət bölgədə təsirli aktiv oyunçu ola biləcəyinə səbəb ola bilər.

Günay Elşadqızı / METBUAT.AZ

İraqda etiraz aksiyası: Bağdadda internetə çıxış dayandırıldı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR