Play Store

Tanınmış model köpək balıqları ilə şəkil çəkdirmək istədi və... - Dəhşətli son / FOTOLAR

“İnstagram” modeli Katarina Zarutskie Bahamaların Eksuma adasındakı foto çəkiliş üçün poza verdiyi zaman köpək balığı tərəfindən qolundan dişlənərək yaralanıb.

Metbuat.az “Haberler.com”a istinadən bildirir ki, sevgilisi ilə birlikdə tətilə çıxan 19 yaşlı modelin diqqətini insanların köpək balıqları ilə birlikdə üzdüyü bir ərazi cəlb edib. Ailəsinin və sevgilisinin xəbərdarlığına baxmayaraq köpək balıqları ilə foto çəkdirmək üçün suya girib.

Amma işlər Zarutskienin gözlədiyi kimi getməyib və kürəyi üstə uzanan modelin qolunu bir köpək balığı dişləyib. Zarutskienin sevgilisi həmin anların fotosunu çəkib. Gənc model dişləndikdən sonra sakit qalmağa çalışdığını və suya qan damlatmadan çabaladığını deyib. Müalicə olunan Zarutskieyə bəzi dərmanlar verildiyi, amma yara izlərinin qalıcı olduğu bildirilib.

Zarutskie yaşadığı hadisə üçün “onlar vəhşi heyvanlardır və bu vəziyyəti nəzarət etmək mümkün deyil” ifadələrini işlədib.




https://metbuat.az/news/989378/oktar-babunanin-ana...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR