Play Store

Zakir Həsənov Gəncədəki təxribatla əlaqədar hərbi hissələrdə mühafizənin gücləndirilməsini tapşırıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gəncə şəhərində törədilən təxribatla əlaqədar hərbi hissələrdə mühafizənin gücləndirilməsini tapşırıb.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, xidməti müşavirədə ölkə daxilindəki sabitliyin, sosial-iqtisadi inkişafın və ordu quruculuğu məsələlərinin daim dövlət başçısının nəzarətində olduğunu diqqətə çatdıran nazir Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.

Həmçinin Z.Həsənov cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.

Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR