Play Store

Riyaziyyat müəllimi olmaq istəyənlər iyulun 23-də imtahan verəcəklər

Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, riyaziyyat üzrə keçiriləcək test imtahanlarında isə 3 524 namizədin iştirakı nəzərdə tutulur.

İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2 918 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR